Qodin: "Bəzən özünü də tənqid etməlisən"

03:19 1 Noyabr 2017

"Atletiko" Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda təmsilçimiz "Qarabağ"ı qəbul edib və 1:1 hesablı heç-heçə edib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra Madrid klubunun müdafiəçisi Dieqo Qodin açıqlama verib:

 

"Qalib gəlmək üçün hər şey etdik, alınmadı. Bəzən özünü də tənqid etməlisən. Bu anda birlikdə olmalıyıq və azarkeşlərimiz bizə dəstək nümayiş etdirməlidirlər. Hazırda yaxşı vəziyyətdə deyilik. Hamımız bir-biriməz kömək etməli və bu çətin durumdan çıxmalıyıq".

 

Uruqvaylı futbolçu qrupdan çıxmaq şanslarından danışıb:

 

"Hazırda işimiz çox çətindir. Çempionlar Liqasında müarizəni dayandıra da bilərik. Artıq taleyimiz öz əlimizdə deyil".


Digər xəbərlər

Xəbər xətti