Bu gün Almaniyanın Frankfurt şəhərində UEFA-nın təşkilatçılığı ilə milli assosiasiyaların təmsilçilərinin iştirak etdiyi “Qarşılıqlı fikir mübadiləsi” adlı tədbir keçiriləcək.
Sportarena.az xəbər verir ki, UEFA rəhbərliyinin başçılığı ilə keçiriləcək tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və baş katibin müavini Sərxan Hacıyev iştirak edəcəklər.