Bu gün Çempionlar Liqasının E, F, G və H qruplarında növbəti oyunlar keçiriləcək.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbol azarkeşlərinin əsas diqqəti İstanbula yönələcək. Burda ölkəmizdə də yetərincə azarkeşi olan və G qrupunda keçirdiyi bütün oyunları qələbə ilə başa vuran “Beşiktaş” “Monako”nu qəbul edəcək. Şenol Günəşin yetirmələri bu matçdan qalib ayrılacağı halda, 1/8 finala vəsiqəni təmin edəcək.
Günün ən maraqlı oyunlarından biri Londonda keçiriləcək. H qrupunda eyni xala malik olan və 1-2-ci pillələri bölüşən “Real” və “Tottenhem” “Uembli”də münasibətlərinə aydınlıq gətirəcəklər.
Çempionlar Liqası, qrup mərhələsi
1 noyabr
E qrupu
23:45 Sevilya (İspaniya) - Spartak (Rusiya) 2:1
23:45 Liverpul (İngiltərə) - Maribor (Sloveniya) 3:0
F qrupu
23:45 Napoli (İtaliya) - Mançester Siti (İngiltərə) 2:4
23:45 Şaxtyor (Ukrayna) - Feyenoord (Hollandiya) 3:1
G qrupu
21:00 Beşiktaş (Türkiyə) - Monako (Fransa) 1:1
23:45 Portu (Portuqaliya) - Leyptsiq (Almaniya) 3:1
H qrupu
23:45 Tottenhem (İngiltərə) - Real (İspaniya) 1:1
23:45 Borussiya D (Almaniya) - APOEL (Kipr) 3:1