Çempionlar Liqasının dördüncü turunda “Çelsi”yə dərs keçən “Roma”nın kapitanı Daniele De Rossi açıqlama verib.
Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu 3 qollu qələbənin onları tənqid edənlərə layiqli cavab olduğunu bildirib.
“Roma”nın belə oyunları az olur. Ancaq “Çelsi” üzərində qələbəni unutmayacam. Qolların müəllifi azarkeşlərdir. Onlar bu oyunu yaxşı yadda saxlayacaqlar.
Çoxları komandamıza inanmırdı. İndi turnir cədvəlinə baxıb “Roma”nın zirvədə olduğunu görsünlər. Təəssüf ki, qarşıda bizi iki çətin oyun gözləyir. “Qarabağ” uşaq komandası deyil və sübut edib ki, rəqiblə hesablaşmaq lazımdır.
Məşqçimiz oyun üslubunu dəyişmişdi və bu, açıq görünürdü. Biz bütün rəqiblərə qarşı aqressiv oynayırıq və irəliyə bir addım atmışıq. “İnter” və “Napoli”yə məğlubiyyət oyun səviyyəsini artırmağı, səhvləri düzəltməyi və doğru yolu göstərdi. İnsanlar fikirlərini tez-tez dəyişirlər. “Atletiko” ilə heç-heçədən sonra ünvanımıza nələr deyilmədi, Azərbaycanda 2:1 hesablı qələbəmizin ardından bizə qarşı münasibət bir qədər dəyişdi. İndi hamı görür ki, Çempionlar Liqasında asan oyun yoxdur".