"Real"ın hücumçusu Kriştiano Ronaldo Madrid təmsilçisi ilə yeni müqavilə imzalayacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Sportarena.az xəbər verir ki, portuqaliyalı oyunçu klubu ilə müqavilənin müddətini uzatmağı düşünmədiyini deyib:
"Real"da hər şey ürəyimcədir. Klubumla 4 illik müqaviləm var. Ancaq onu uzatmaq istəmirəm".
Qeyd edək ki, Ronaldonun "Real"la müqaviləsi 2021-ci ilin iyununda başa çatır.