“Mançester Siti” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Napoli”yə qalib gəlib - 4:2.
Sportarena.az xəbər verir ki, Serxio Aquero bu qarşılaşmadan sonra “Siti”nin tarixinə düşüb. Argentinalı futbolçu qarşılaşmanın 69-cu dəqiqəsində qol vurub. O, bu qolla “şəhərlilər”in tarixində ən yaxşı bombardir statusuna yüksəlib. Aquero “Siti”nin heyətində 178-ci qolunu vurmaqla, Erik Bruku geridə (177) qoyub.
Qeyd edək ki, Aquero “Mançester Siti”də 2011-ci ildən çıxış edir.