Kiyev "Dinamo"su avrokuboklardan uzaqlaşdırıla bilər - Klub UEFA-nı aldadıb?

12:55 2 Noyabr 2017

Kiyevin “Dinamo” klubu avrokuboklardan kənarlaşdırıla bilər.

 

Sportarena.az xəbər verir ki, buna Ukrayna təmsilçisinin UEFA-nı aldatması səbəb göstərilir. İddialara görə Ukrayna Futbol Federasiyasına UEFA-dan məktub göndərilib. Nyondan gələn məktubda “Dinamo”nun avrokuboklarda iştirak üçün lisenziya almaq üçün yanlış faktlar göstərdiyi qeyd olunub. Belə ki, kiyevlilərin müəyyən borcları olsa da, UEFA-da müvafiq attestasiyadan keçərkən həmin faktları gizlədib. Söhbətin dəqiq hansı borclardan getdiyi açıqlanmır.

 

Hazırda UEFA, UFF və “Dinamo” rəsmiləri sözügedən məsələ ilə bağlı rəsmi yazışmalar aparırlar. Kiyev klubunun günahı sübuta yetirilsə, komandanın avrokuboklarda iştirak hüququndan məhrum edilməsi istisna olunmur.


Digər xəbərlər

Xəbər xətti