Fellaini qardaşı Türkiyə mətbuatını çaşdırdı - FOTO

14:35 2 Noyabr 2017

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaininin əkiz qardaşı Türkiyə mətbuatını çaş-baş salıb.

 

Sportarena.az xəbər verir ki, belçikalı futbolçunun qardaşının İstanbulda görünməsi, yerli mətbuatda onun “Beşiktaş”la danışıqlar aparması üçün gəlməsi barədə xəbərlərin yayılmasına səbəb olub. Ancaq sonradan bu şəxsin Maruan yox, onun əkiz qardaşı Mansur olduğu məlum olub. Bu barədə Fellaininin PR şirkəti açıqlama yayıb.

 

Xatırladaq ki, “Fellaini”ni İstanbulda görən türkiyəli jurnalistlər, onun “Beşiktaş”la danışıqlar aparmaq üçün gəldiyini, qışda bu kluba transfer oluna biləcəyi barədə xəbər yaymışdı. Fellaininin qardaşı jurnalistlərin suallarını cavabsız qoymuşdu. 

 


Digər xəbərlər

Xəbər xətti