UEFA bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində ən çox seyv edən 5 qapıçının siyahısını tərtib edib.
Sportarena.az xəbər verir ki, siyahıda "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də yer alıb. O, Andrey Pyatovla ("Şaxtyor" Donetsk) birgə 21 seyvlə 2-ci 3-cü pillələri bölüşdürür. 4-5-ci yerləri hərəyə 20 seyvlə İqor Akinfeyev (SSKA, Moskva) və Huqo Lloris (“Tottenhem”) tutur.
“Maribor”lu Yasmin Handanoviç isə 24 seyvlə bu siyahıda liderlir edir.