Millimizin yeni baş məşqçisinin adı sabah açıqlanacaq?

16:42 2 Noyabr 2017

Noyabrın 3-də Bakı Olimpiya stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. 

 

Sportarena.az AFFA-nın istinadən xəbər verir ki, saat 9:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi
2. Avro-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya
3. Digər məsələlər

 

İclas başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.

 

Qeyd edək ki, milliyə yeganə namizəd “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov göstərilir.


Digər xəbərlər

Xəbər xətti