UEFA "Qarabağ"ın pley-off şanslarını açıqladı

17:05 2 Noyabr 2017

UEFA-nın rəsmi saytında Çempionlar Liqasının qruplarındakı komandaların növbəti  mərhələyə necə adlaya biləcəyinə aydınlıq gətirilib.
 
Sportarena.az xəbər verir ki, "Qarabağ”ın yer aldığı C qrupundakı durum da incələnib: "Roma”nın 5-ci turda 1 xal qazanması pley-offa yüksəlməsinə bəs edəcək. İtalyanlar qələbə qazanacağı, "Çelsi” bunu bacarmayacağı təqdirdə, 1/8 finala qrup lideri qismində yüksələcək.  "Atletiko” növbəti turda uduzmasa, "Çelsi” Bakı səfərində yenilsə, 1/8 final şansını qoruyacaq. "Qarabağ” evdə uduzsa, madridlilər qələbəyə sevinsə, 3-cü yeri təmin edəcəklər.
 
Vəziyyətə Azərbaycan çempionunun prizmasından baxsaq, mübarizəni sürdürmək, pley-off şansını saxlamaq üçün qələbə vacibdi. "Qarabağ” öz meydanında yenilsə, ispanlar qələbə qazansa, debütant 4-cü pillədə qalacaq.


Digər xəbərlər

Xəbər xətti