6-cı tur heç-heçələrlə başa çatdı

18:36 3 Noyabr 2017

Futbol üzrə Azərbaycan birinci divizionunda 6-cı tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. "Turan Tovuz" doğma meydanda "Sabah"ı darmadağın edib. "Şüvəlan" isə evdə "Qaradağ Lökbatan"a boyun əyib. "Mil-muğan" - "Zaqatala" görüşündə qələbəni meydan sahibləri bayram edib.

 

Turun qalan iki oyunu bu gün keçirilib. Hər iki qarşılaşmada qalib gələn olmayıb.

 

Birinci divizion, 6-cı tur

3 noyabr

Xəzər - Binə 0:0

Hakimlər: Ömər Paşayev, Vüqar Bayramov, İsgəndər Əliyev, Nicat İsmayıllı 
Hakim-inspektor: Azad Mütəllimov
Şüvəlan. “AZAL Arena”

 

Ağsu - MOİK 1:1

Qol: Malik Babayev, 90 - Bəhruz Teymurov, 25-pen.


Digər xəbərlər

Xəbər xətti