Qurban Qurbanov istefa verdi

15:16 4 Noyabr 2017

Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Qol.az-a açıqlamasında Qurbanov özü bildirib. O, iki işdə - milli komanda və “Qarabağ”dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar İcraiyyə Komitəsi üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət edib.


Xatırladaq ki, Qurbanov 2016-cı ilin mart ayında İcraiyyə Komitəsinə üzv seçilmişdi və "Qarabağ"ı təmsil edirdi.


Digər xəbərlər

Xəbər xətti