"Roma"nın futbolçusu Edin Ceko sərgilədiyi oyunla diqqətləri üzərində saxlayır.
Sportarena.az xəbər verir ki, bosniya və herseqovinalı forvard Çin klublarının birinin göndərdiyi təklifi rədd edib. Adı açılanmayan Çin komandası 31 yaşlı hücumçuya illik 13 milyon avro maaş təklif etsə də, müsbət cavab almayıb.
Qeyd edək ki, Ceko bu mövsüm 10 qol vurub və 2 assist edib. Hücumçu ÇL-in qrup mərhələsində Bakıda "Qarabağ"la matçda (2:1) 1 qol vurmuşdu.