Türkiyə Super Liqasında 11-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, turun ilk oyununda lider “Qalatasaray” “Gənclərbirliyi”ni qəbul edib. 6 qolun qeydə alındığı görüşdə "sarı-qırmızılar" darmadağına seviniblər.
İkinci oyun günündə "Fənərbaxça"nın səfərdə "Osmanlıspor" üzərində qələbəni son anda əldən verməsi diqqətçəkən olub. "Trabzonspor" da "Kayserispor"la bacarmayıb. "Kasımpaşa" - "Bursaspor" matçında qapılara 4 qol vurulsa da, bu oyunda da qalib müəyyənləşməyib. Günün yeganə qalibi "Karabükspor"u məğlub edən "Antalyaspor" olub.
“Beşiktaş” isə bazar günü “Göztəpə”nin qonağı olacaq.
Türkiyə Super Liqası, 11-ci tur
3 noyabr
Qalatasaray - Gənclərbirliyi 5:1
4 noyabr
Kasımpaşa - Bursaspor 2:2
Kayserispor - Trabzonspor 0:0
Antalyaspor - Karabükspor 2:1
Osmanlıspor - Fənərbaxça 1:1
5 noyabr
15:00 Akhisar - Alanyaspor 0:4
17:30 Yeni Malatyaspor - Başakşəhər 0:2
20:30 Göztəpə - Beşiktaş 1:3
20:30 Sivasspor - Konyaspor 2:1