İtaliya A seriyasında 12-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, turun ilk oyununda “Bolonya” “Krotone”ni qəbul edib. Beş qolun qeydə alındığı matçda qələbəni qonaqlar bayram ediblər. Günün digər oyununda Genuya derbisi keçirilib. Bu şəhərin iki əzəli rəqibi - “Cenoa” və “Sampdoriya” münasibətlərinə aydınlıq gətiriblər. Bu oyunda da sevinən tərəf qonaqlar olublar.
Lider “Napoli” bazar günü “Kyevo”nun qonağı olacaq. Neapol təmsilçisinin ən yaxın izləyicisi “İnter” isə evdə “Torino” üz-üzə gələcək.
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” da bazar günü meydana çıxacaq. “Canavarlar” səfərdə Ağdam təmsilçisinin Avropa Liqasının ötən mövsümündə bir qrupda yarışdığı “Fiorentina” ilə qarşılaşacaq.
İtaliya A seriyası, 12-ci tur
4 noyabr
Bolonya - Krotone 2:3
Cenoa - Sampdoriya 0:2
5 noyabr
15:30 İnter - Torino 1:1
18:00 Kalyari - Verona 2:1
18:00 Kyevo - Napoli 0:0
18:00 Fiorentina - Roma 2:4
18:00 Yuventus - Benevento 2:1
18:00 Latsio - Udineze (təxirə salınıb)
21:00 Atalanta - SPAL 1:1
23:45 Sassuolo - Milan 0:2