Futbol üzrə Ukrayna çempionatında 15-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Çernomorets”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.
"Aleksandriya" geridə qalan turlarda topladığı 12 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.