“Ən azı dekabrın 15-dək Bakıdayam. Çünki qızım burada məktəbdə dərsə gedir. Azərbaycan tərəfi ilə bütün sənədləşdirmə işlərini başa vurmuşam. İndi artıq işsizəm (gülür)”.
Sportarena.az xə, bu sözləri Xorvatiyanın “Ekipa24” nəşrinə müsahibəsində millimizin hazırkı baş məşqçisi Robert Prosineçki deyib. Dekabrda AFFA ilə müqaviləsi başa çatacaq mütəxəssis Sloveniya millisini çalışdırmaq üçün bu ölkənin Futbol Federasiyası ilə danışıqlara başlayacağını açıqlayıb:
“Bəli, bununla bağlı xəbərlər doğrudur. Böyük ehtimalla gələn həftə Sloveniya Futbol Federasiyasının prezidenti ilə danışıqlarım olacaq”.
Qeyd edək ki,Prosineçkinin AFFA ilə müqaviləsi rəsmi şəkildə başa çatdıqdan sonra yeni baş məşqçi Qurban Qurbanov vəzifəsinin icrasına başlayacaq.