Almaniya Bundesliqa təmsilçisi “Maynts”ın qapıçısı Robin Zentner son turda yol verdiyi səhvlə diqqət mərkəzinə düşüb.
Sportarena.az xəbər verir ki, gənc qolkiper çempionatın 11-ci turunun “Borussiya” (Münhenqladbax) ilə səfər oyununda komanda yoldaşının ötürməsindən sonra etdiyi hərəkətlə gülməli vəziyyətə düşüb.
Belə ki, topun qapıya doğru getdiyini görməyən qolkiper, ötürmə vermək üçün ayağını irəli doğru atıb. Yalnız ayağının boşa çıxdığını gördükdən sonra vəziyyəti dərk edən Zentneri komanda yoldaşı sığortalayıb. Bununla da, qolkiperin biabırçı səhvi qolla nəticələnməyib.
Qeyd edək ki, oyun 1:1 hesablı bərabərliklə nəticələnib.