Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının 8-ci turun qarşılaşmaları keçirilib.
Qol.az xəbər verir ki, qitə birinciliyinin səkkizinci turunda kişilərdən ibarət yığmamız Rusiya, xanım şahmatçılarımız isə Fransa millisi ilə qarşılaşıblar.
Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun qələbəsi millimizə güclü rəqib üzərində mühüm qələbə qazandırıb. Bu qələbə sayəsində Azərbaycan yığması liderliyi ruslardan təhvil alıb. Sona 1 tur qalmış Azərbaycan yığması 13 xalla liderdir. İkinci olan Rusiya və üçüncü Ukraynanın 12 xalı var.
Qadınlar yığmamız da Fransadan güclü olub.
Rusiya - Azərbaycan - 1:3 (Kişilər)
1. Aleksandr Qrişuk (2785) - Şəhriyar Məmmədyarov (2791) - 0:1
2. Yan Nepomnyatç (2733) -Teymur Rəcəbov (2741) - 0:1
3. Maksim Matlakov (2730) - Arkadi Naydiç (2702) - 1:0
4. Daniil Dubov (2677) - Rauf Məmmədov (2678) - 0:1
Fransa - Azərbaycan - 1:3 (Qadınlar)
1. Marie Sebaq (2495) - Günay Məmmədzadə (2393) - 0.5:0.5
2. Almira Skripçenko (2399) - Zeynəb Məmmədyarova (2298) - 0:1
3. Silvia Kollas (2288) - Fətəliyeva Ülviyyə (2348) - 0:1
4. Paulino Quşar (2285) - Gülnar Məmmədova (2385) - 0.5:0.5
Qeyd edək ki, qadınlardan ibarət yığmamız 9 xalla 10-cu pillədə qərarlaşıb.