Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 13-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Oliveyrense” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. Nəsirov da bu matçın iştirakçısı olub. O, görüşün 79-cu dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Sportinq" hazırda 18 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.