Pirlo son oyununu keçirdi

23:42 6 Noyabr 2017

İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Pirlo peşəkar futbolçu karyerasında son oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, italyan futbolçu “Nyu-York Siti”nin heyətində MLS-də “Kolumbus” ilə matçda (2:0) 90 dəqiqə meydanda olub. Bununla da, Pirlo peşəkar karyerasına son qoyub. Bu barədə məlumatı Nyu-York təmsilçisinin rəsmi saytı yayıb.

 

Xatırladaq ki, karyerası ərzində “Milan”, “İnter”, “Yuventus”, “Reccina”, “Breşiya” kimi klublarda top qovmuş Pirlo 2015-ci ildən “Nyu-York Siti”nin şərəfini qoruyur. 38 yaşlı futbolçu bir müddət öncə bu mövsümün onun karyerasında sonuncu olduğunu açıqlamışdı.


Digər xəbərlər

Xəbər xətti