"Çelsi"nin baş məşqçisi Antonio Konte ilə futbolçusu David Luis arasında münaqişə yaranıb.
Sportarena.az xəbər verir ki, məhz bu səbəbdən italiyalı mütəxəssis braziliyalı müdafiəçini İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Yunayted"ə qarşı matçda (1:0) oynatmayıb. Konte Luisin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Roma"ya 0:3 hesabı ilə uduzduqları matçda etdiyi hərəkətlərdən narazı qalıb. O, futbolçuya bildirib ki, üzərində çalışmasa, bundan sonra ehtiyat:oyunçular arasında əyləşməli olacaq.
Qeyd edək ki, "Çelsi" "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.