Futbolçu 415 min avro cərimələndi

16:36 7 Noyabr 2017

"Leypsiq"in futbolçusu Nabi Keytaya ağır cəza verilib.
 
Sportarena.az xəbər verir ki, buna səbəb futbolçnun saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə etməsi olub. Leypsiqin bölgə məhkəməsinin qərarına görə 415 min avro pul cəriməsi kəsilib. Qərarda futbolçunun ardıcıl ikinci dəfə eyni saxtakarlıq etdiyi bildirilib. O həm 2016 həm də 2017-ci ildə Qvineyaya məxsus olan sürücülük vəsiqəsi ilə Almaniyada sürücü sənədi əldə edib. 
 
Amma hər iki sənədin saxta olduğu üzə çıxarılandan sonra futbolçuya 50 günlük pul cəzası kəsib. Almaniyada bu tip cəzalar şəxsin gəlirinə görə müəyyənləşdirilir. 22 yaşlı futbolçunun illik gəliri 3 milyon avro olduğundan məhkəmə onu hər günə görə 8 min 300 avro olmaqla cərimələyib. Bu da ümumilikdə 415 min avro deməkdi. Cəza 90 günü aşmadığı üçün Keyta üçün hər hansı cinayət işi açılmayacaq.  
 
2014-cü ildə "Borussiya"nın futbolçusu Marko Reus, uzun müddət vəsiqəsiz avtomobil idarə etdiyi üçün 540 min avro cərimələnmişdi. 
 
Keytanın bu qərarla razılaşmadığı və apellyasiya şikayəti verəcəyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti