Azərbaycanlı iş adamı Telman İsmayılova məxsus "Mardan Placae" otelinin stadionu və idman bazasına alıcı tapılmayıb.
Sportarena.az xəbər verir ki, otelin satışa çıxarılan 74 min 13 kvadratmetrlik idman kompleksini hərracda heç kim almayıb. Telman İsmayılovun 2009-cu ildə 1,4 milyard dollarla tikdirdiyi, açılışda dünya ulduzlarının iştirak etdiyi və 2010-cu ildə "Dünyanın ən lüks oteli" seçilən "Mardan Palace"yə məxsus Sosial Müdafiə Fonduna olan 51 milyon lirə borc səbəbindən müsadirə edilərək hərraca çıxarılmışdı.
Satışa çıxarılan idman kompleksində 4 tribunalı bir meydança, tək tribunalı bir meydança və daha iki məşq meydançası var. Bu gün iki hərrac keçirilsə də, alıcı tapılmayıb. Növbəti zərrac ayın 14-də keçiriləcək.