UEFA-da Əliyar Ağayevə növbəti təyinat

11:35 8 Noyabr 2017

EFA azərbaycanlı FİFA referisi Əliyar Ağayevə növbəti təyinat verib.

 

Sportarena.az xəbər verir ki, Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda keçiriləcək Avstriya - Serbiya oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, qarşılaşma noyabrın 10-da keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti