"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" qapıçısı Matey Delaçla yolları ayırıb.
Sportarena.az xəbər verir ki, 25 yaşlı qolkiper İngiltərədə iş üçün icazə ala bilmədiyi üçün bu qərarı verib. Məlumatı xorvatiyalı qapıçı özü təsdiqləyib.
Qeyd edək ki, M.Delaç 2009-cu ildən "Çelsi"yə transfer olsa da, heç bir rəsmi matçda iştirak edə bilməyib.