Peruda 600 min insan lotereyanın iştirakçısı olub.
Sportarena.az xəbər verir ki, insanlar Peru yığmasının DÇ-2018-in pley-off oyununa bilet almaq üçün lotereyaya qatılıblar. Peru ilə Yeni Zelandiya arasındakı qarşılaşma noyabrın 15-də bu ölkənin milli stadionunda keçiriləcək.
Lotereyada iştirak etmək üçün 687 min 198 insan qeydiyyatdan keçib. Nəticədə isə cəmi 10 min azarkeş bilet əldə edə bilib.
Limadakı stadion 50 min tutuma malikdi.