Futbol üzrə Azərbaycan Birinci divizionunda çıxış edən MOİK-də yeni təyinat gerçəkləşib.
Sportarena.az xəbər verir ki, Ramil Əliyev komandanın idman direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bundan əvvəl “hərbçilər”in baş məşqçisi vəzifəsində çalışıb. Lakin bir müddət əvvəl öz istəyi ilə baş məşqçi postundan istefa verib. Öncə klub rəhbərliyi bu istefanı qəbul etməsə də, sonradan Əliyevin baş məşqçi postundan ayrılması rəsmən təsdiqləndi. Əvəzində bu posta vaxtilə “Sumqayıt”ı çalışdırmış Aqil Məmmədov təyin olundu.