Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Sportarena.az xəbər verir ki, 5-ci qrupda mübarizə aparan Azərbaycan millisi Almaniya yığmasını qəbul edəcək. Əvvəlki 3 görüşün hamısını məğlubiyyətlə başa vuran və bu qarşılaşmalarda qapısında 12 top görən Samir Ələkbərovun yetirmələri qrupun əsas favoriti olan almanlarla matçda ən azı yaxşı oyun sərgiləməyə çalışacaq. Bu komandalar arasında ötən ay Kotbusda keçirilmiş görüş Almaniya millisinin böyük hesablı qələbəsi ilə nəticələnmişdi - 6:1.
Sabah qrupun digər oyununda Kosova İsraili qəbul edəcək.
AÇ-2019-un seçmə mərhələsi (U-21). 5-ci qrup
9 noyabr
18:00 Azərbaycan - Almaniya 0:7
Qollar: Hartel, 2; 46; 58. Amiri, 14. Seydel, 28. Klosterman, 60. Öztunalı, 84.
Hakimlər: Daniyar Saxi, Alibek Aubakirov, Yevgeni Belski, Bulat Sarıyev (hamısı Qazaxıstan)
Bakı. “Dalğa Arena” stadionu
Azərbaycan: Mustafa Özhitay, Sərtan Taşkın, Anton Krivoçyuk, Bəhlul Mustafazadə (k), Serkan Baloğlu, Qismət Əliyev, Budaq Nəsirov, Renat Dadaşov, Elnur Cəfərov, Yusif Nəbiyev, Xəyal Nəcəfov
Almaniya: Aleksandr Nubel, Lukas Klostermann, Timo Baumqartl, Valdemar Anton, Levin Eztunali, Mahmud Daud, Nadim Amiri, Filipp Ohs, Aron Seydel, Marsel Hartel, Tilo Kerer (k)