Hollandiya millisinin baş məşqçisi Dik Advokat vəzifəsindən ayrılır.
Sportarena.az xəbər verir ki, bunu Hollandiya mətbuatına açıqlamasında Advokat özü bildirib. O, noyabrın 14-də Rumıniya ilə keçiriləcək yoldaşlıq oyunundan sonra millini tərk edəcəyini deyib.
Qeyd edək ki, 70 yaşlı mütəxəssisin Hollandiya millisi ilə müqaviləsi dekabrın 1-də başa çatır.