Futbolçulara səhv diaqnoz qoyan həkim klubdan qovuldu

15:16 9 Noyabr 2017

Almaniyanın “Bavariya” klubunun rəhbərliyi komandanın həkimi Folker Braunu postundan uzaqlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, Münhen klubunun onu qovmasına aparıcı futbolçulardan Jerom Boatenq və David Alabaya səhv diaqnoz qoyması səbəb olub. “Bild”in iddiasına görə, klub rəhbərliyi komandanın keçmiş həkimi Vilhelm Müller-Volfarta müraciət ünvanlayıb və məlum olub ki, hər iki futbolçuya qoyulan diaqnoz yanlışdır. Məhz bundan sonra Braun istefaya göndərilib.


Digər xəbərlər

Xəbər xətti