Yunanıstanda danışılmış oyunlarla bağlı təhqiqat davam edir.
Sportarena.az xəbər verir ki, aralarında iş adamları, klub rəhbərləri, hakim, federasiya işçisi də yer almış bir çox şəxs məhkəmə önünə çıxacaq. Danışılmış oyunlarda 3 klub prezidenti şübhəli bilinir. Yunanıstan nəhəngi “Olympiakos”un prezidenti Vangelis Marinakis, “Levadiakos” klubunun sahibi Yiannis Kobotis, həmçinin, “Atromitos” klubunun prezidenti Giorgos Spanosun qarşısına noyabrın 23-nə kimi klubdakı işlərinə son qoymaları tələbi qoyulub.
Bundan əlavə, “Olympiakos” prezidenti Marinakis oyunlarn nəticəsini dəyişmək üçün cinayətkar dəstə qurmaqda ittiham olunur.