“Milan”ın sabiq vitse-prezidenti Adriano Qalliani komandanın futbolçusu Suso barədə danışıb.
Sportarena.az xəbər verir ki, Qalliani Susoya böyük ümidlərinin olduğunu deyib. O, bu futbolçunu “gələcəyin Messisi” adlandırıb:
“Suso? Biz onu 2015-ci ildə aldıq. Həmin vaxt onu heyətə cəlb edəndə, düşünürdük ki, gələcəyin Robinyosunu almışıq. Ancaq sonradan gördük ki, səhv etmişik, biz gələcəyin Messisini almışıq”.