"Çelsi"nin hücumçusu zədələndi - "Qarabağ"la oyunu buraxacaq?

12:40 10 Noyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Çelsi”nin futbolçusu Mişi Batşuayi zədələnib
 
Sportarena.az xəbər verir ki, Belçika millisinin məşqi zamanı ayağından zədə alan 24 yaşlı hücumçu millinin düşərgəsini tərk edb. Bu isə o deməkdir ki, M.Batşuayi bu gün Meksika, noyabrın 14-də isə Yaponiya ilə yoldaşlıq oyununu buraxacaq. Onun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.


Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında 5-ci turunda noyabrın 22-də Bakıda “Qarabağ”ın qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti