Rövşən Xəlilov dünya çempionu oldu - "Hədəfim dünya rekordunu yeniləməkdir" - FOTOLAR

16:48 10 Noyabr 2017

Noyabrın 1-5-i aralığında Rusiyanın paytaxtı Moskvada Pauerliftinq üzrə dünya çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, 75 kq çəki dərəcəsində təmsilçimiz Rövşən Xəlilov bütün rəqiblərini qabaqlayaraq qızıl medala yiyələnib.

 

Bu barədə saytımıza açıqlama verən idmançımız hədəfinin dünya rekordunu yeniləmək olduğunu söyləyib:

 

"Azərbaycanı yarışda layiqincə təmsil etmək istədim. Buna nail oldum. Qarşıdakı illərdə məqsədim gücüm imkan verəcəyi təqdirdə bu uğurları təkrarlamaq istəyirəm. Əsas hədəfim Allahın köməkliyi ilə dünya rekordunu yeniləməkdir",

 

Qeyd edək ki, Rövşən bu çəki ilə 275 kq ağırlığı yerdən qaldırmada, eləcə də, squat, bencpress, deadlift hərəkətlərinin cəmində 650 kq nəticə ilə Azərbaycan rekordçusudur. 

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti