"Binə"nin futbolçusu Bəxtiyar Soltanov komandanın rəsmi "youtube" kanalına açıqlama verib.
Sportarena.az xəbər verir ki, milli komandamızın sabiq futbolçusu maraqlı açıqlamarı ilə yadda qalıb. Soltanov ilk olaraq Premyer Liqa ilə 1-ci divizionun fərqindən danışıb:
"Fərq ondadır ki, Premyer Liada usta futbolçular daha çoxdur. Orada oynamaq daha asandı. 1-ci divizionda isə gərək ancaq mübarizə aparasan, qaçasan. Artıq 1-ci divizionda 3-cü klubda çıxış edirəm. Təcrübəmə qaynaqlanıb deyirəm ki, burada ancaq qaçmaq lazımdır. Qaçmasan, nəticə əldə edə bilməyəcəkən. Premyer Lia tam fərqlidi. Orada usta futbolçular cəmləşib. Daha çox ağılla oynamalısan".
Bir zamanlar "Bakı" klubunun aparıcı siması olan Soltanov paytaxt klubundan ayrılmasına görə peşman olduğunu dilə gətirib:
"Bakı"dan ayrıldığım üçün peşman oldum. Gərək "Bakı"nın sıralarını tərk etməyəydim. Ordan ayrılandan sonra həmin rahatlığı başqa heç bir klubda tapmadım. Ən böyük peşmanlığım elə "Bakı"dan ayrılmağımdı. Ancaq heç nə pisə doğru da getəmədi. ƏIlimizdən gələni etməliyik ki, Premyer Liqaya vəsiqə qazanıb, orada çıxış edək".
Təcrübəli yarımmüdafiəçi gənc oyunçulara tövsiyə də edib:
"Futbolçu peşəkardısa, 1-ci divizionda oynamaq onun zəifləməsinə mane ola bilməz. Düzdü, buranı pisləyirlər. Ötən mövsüm də çox söz-söhbət gəzib-dolaşdı. Amma düşünürəm ki, bu mövsüm gördüyüm ən güclü 1-ci diviziondur. Peşəkar olmalısan. Peşəkar olandan sonra hardan oynayırsan, oyna. Təcrübəmə əsaslanaraq bunu deyirəm. Özüm də çox səhlənkarlıq etmişəm. Ona görə də 1-ci divizionda oynamışam. İndidən gənclərə məsləhətim odur ki, bu yolu tutublarsa, ciddi getsinlər. Gələcəkdə nəticəsini görəcəklər".