Bonuççi maska ilə meydana çıxacaq

11:42 13 Noyabr 2017

Futbol üzrə İtaliya yığmasının və “Milan”ın müdafiəçisi Leonardo Bonuççi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsveçə qarşı keçirəcəkləri cavab pley-off matçında qoruyucu maska ilə oynayacaq.

 

Sportarena.az xəbər verir ki, buna səbəb onun İsveçlə səfərdə baş tutan ilk oyunda sifətindən zədə almasıdı. Həmin qarşılaşmadan sonra tibbi müayinədən keçən futbolçunun burnunda sınıq aşkarlanıb. Bu üzdən də həkimlər təcrübəli müdafiəçinin cavab matçında yalnız qoruyucu maska ilə oynamasının mümkün olduğunu bildiriblər.

 

İtaliya ilə İsveç arasındakı cavab görüşü bu gün Milanda baş tutacaq. Tərəflər arasındakı ilk qarşılaşmada İsveç 1:0 hesabıyla qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti