“İnter” qışda heyətini yeni futbolçuyla gücləndirəcək.
Sportarena.az xəbər verir ki, “neradzurra” hazırda Çinin “Jianqsu Saninq” klubunda top qovan Ramiresi heyətinə cəlb edəcək. Bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə “Jianqsu Saninq”lə “İnter” rəhbərliyinin eyni olduğu, buna görə, Milan təmsilçisinin 30 yaşlı futbolçunun transferində maneə ilə üzləşməyəcəyi qeyd edilib.
Braziliyalı yarımmüdafiəçi Çin təmsilçisinə ötən ilin yanvarında, 28 milyon avro qarşılığında “Çelsi”dən transfer olunub. O, son mövsümdə şans qazandığı 31 oyunda 11 qola imza atıb.