"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem klubsuz qalacaq.
Sportarena.az xəbər verir ki, makedoniyalı "Aktobe"dən kənarlaşdırılacaq. Bu barədə Qazaxıstan klubunun idman direktoru Maksat Tyumaliyev açıqlama verib. Klub rəsmisi bildirib ki, yeni ildə 5 əcnəbi futbolçu ilə yollar ayrılacaq. Onlardan biri də Muarem olacaq. Buna səbəb yarımmüdafiəçinin istənilən səviyyədə çıxış etməməsidi.
Qeyd edək ki, Muarem Muarem 2012-2015 və 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib. Bu müddətdə 186 rəsmi oyuna çıxan 29 yaşlı yarımmüdafiəçi 34 qol vurub. Makedoniyalı futbolçu 4 dəfə Azərbaycan çempionu və 2 dəfə ölkə kubokunun qalibi olub.