Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığması doğma divarlar arasında Kosovonu qəbul edəcək. Bu qarşılaşmada qrupda keçirdiyi ilk 4 oyunun hamısını məğlubiyyətlə başa vuran Samir Ələkəbərovun yetirmələrinin tsikldə ilk xalını qazanmaq şansı var. İlk 4 oyunda qapısında 19 (!) top görən yığmamız Kosovo ilə matçda xal və ya xallar qazanmaqla, son pillədən qurtulmasa belə, ən azı rəqibləri ilə xal fərqini azalda bilər.
Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək matç saat 18:00-da başlayacaq.
AÇ-2019-un seçmə mərhələsi (U-21), 5-ci qrup
14 noyabr
18:00 Azərbaycan - Kosovo 0:0
Baş hakim: Romer Tarayev
Baş hakimin köməkçiləri: Hannes Reynvald, Neeme Neemlaid
Dördüncü hakim: Eiko Saar
Bakı. “Dalğa Arena”
Azərbaycan: 12. Mustafa Kamal Ozhitay, 2. Sertan Taskin, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 6. Qismət Alıyev, 7. Ehtiram Şahverdiyev, 8. Budaq Nəsirov, 10. Elnur Cəfərov, 16. İlyas Səfərzadə, 18. İlkin Muradov
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 13 Murad Qayalı, 14. Yusif Nəbiyev, 17. Əlibəy Məmmədli, 19. İlkin Sadıqov, 20. Eltun Turabov, 21. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Ələkbərov
Kosovo: 1. Visar Bekay, 4. Besfort Kolgeçi, 5. Ardian İsmayili (k), 6. Dren Feka, 8. Florent Hasani, 10. Ron Broya, 11. Enis Bitiqi, 15. Muharrem Yaşari, 19. Mirlind Daku, 20. Kamer Krasniqi, 22. Florian Loş
Ehtiyat oyunçular: 12. Belim Halimi, 7. Meriton Korenitsa, 8. Lirim Kastrati, 13. Drilon Teyeçi, 14. İdris Voka, 16. Kuştrim Şabani, 17. İlber Maloku
Baş məşqçi: Rafet Prekazi