O da İtaliya millisində oynamayacaq

12:48 14 Noyabr 2017

“Roma”nın futbolçusu Daniele de Rossi milli karyerasını bitirib.

 

Sportarena.az xəbər verir ki, De Rossi DÇ-2018-ə vəsiqə uğrunda İsveçlə keçirilən pley-off qarşılaşmasından sonra bu barədə məlumat verib. O, yeni komandanın qurulmalı olduğunu vurğulayıb:

 

“Ölkəmin şərəfini qorumaq üçün 10 il sərf etmişəm. Yığmanın formasını sonuncu dəfə soyunmaq qəribə hissdi. Gələcəyə hesablanmış yeni komanda qurmaq üçün futbolçularımız var”.

 

Qeyd edək ki, İtaliya iki oyunun nəticəsində İsveçə məğlub olaraq (0:1, 0:0), DÇ-2018-ə vəsiqə qazana bilməyib.


Digər xəbərlər

Xəbər xətti