Hollandiya millisinin baş məşqçisi Dik Advokat vəzifəsindən ayrıldığını təsdiqləyib.
Sportarena.az xəbər verir ki, bu barədə o, Rumıniya ilə yoxlama oyunundan (3:0) sonra deyib. 70 yaşlı mütəxəssis dekabrın 1-i başa çatacaq müqaviləni uzatmadığını bildirib.
Xatırladaq ki, Advokat bu ilin yazında milliyə baş məşqçi təyin olunmuşdu. Onun komandası DÇ-2018-ə vəsiqə qazana bilməyib.