DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Sportarena.az xəbər verir ki, qitələrarası pley-off mərhələsində Avstraliya və Honduras üz-üzə gəlib. İlk görüşü qolsuz başa çata komandaların cavab matçında Avstraliya 3:1 hesablı qələbə qazanaraq mundiala vəsiqəni təmin edib. Bu, Rusiyada keçiriləcək dünya çempionatına qazanılan 31-ci vəsiqədir.
Sonuncu vəsiqənin sahibi də sabah səhər saat 6:15-də müəyyənləşəcək. Peru Yeni Zellandiyanı sınağa çəkəcək. Tərəflər arasındakı ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.