AFFA Aqil Nəbiyevi cəzalandırdı

15:55 15 Noyabr 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Birinci divizionun 8-ci turunun “Ağsu” - “Binə” matçı başlamazdan əvvəl “Binə” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. Bu səbəbdən “Binə” klubu 80 manat cərimə olunub.

 

Birinci divizionun 8-ci turunun “Mil-Muğan” - “Şüvəlan” matçında “Şüvəlan”ın baş məşqiçisi Aqil Nəbiyev stadionun plastik şitini sındırıb. Stadiona dəymiş ziyan əsasında “Mil-Muğan” klubunun təqdim edəcəyi hesab “Şüvəlan” klubu tərəfindən ödəniləcək.


Digər xəbərlər

Xəbər xətti