Noyabrın 11-i ölkənin idman medaisında özünəməxsus yeri olan "Het-trik news" qəzetinin 5 yaşı tamam oldu. Noyabrın 17-i isə Azərbaycan mətbuatında xüsusi çəkisi olan "525-ci qəzet" 25 illik yubileyini qeyd edəcək. İki yubiley arasında bu iki qəzetlə bağlılığı olan həmkarımızla görüşdük. Söhbət «Het-trik new»un təsisçisi və baş redaktoru İlqar Tağıyevdən gedir. Hansıki, 24 il əvvəl jurnalistikada ilk addımlarını "525-ci qəzet"də atıb, bu gün də həmin qəzetin əməkdaşıdır. İ.Tağıyevlə bir çox mətləblərdən danışdıq – jurnalistikaya gəlişindən, yarımçıq qalmış futbolçu karyerasından, «Het-trik news»un yaranmasından, təmsil olunduğu AFFA yanında Media Komitəsindən, futbolçu olmağı arzulayan övladlarından…
- Əvvəlcə istəyirəm çox qısa davam edən futbolçu karyeran barədə danışaq. Bu gün mən jurnalist İlqarla yox, futbolçu İlqar Tağıyevlə həmsöhbət ola bilərdim.
- Hamı kimi mən də futbola məhlədə başlamışam. Məndən yaşca böyük olanlar məşqlərə gedirdilər. Yusif adlı bir oğlan da mənim oyunuma bələd idi. O təklif etdi ki, gedək futbola yazıl. Təbii ki, valideynlərim razı olmadı. Onlar təhsil almağımı istəyirdilər. Bakıda 159 nömrəli məktəbdə oxuyurdum. Düşünürdülər ki, futbola getsəm, təhsilimi yarımçıq qoyacam. İlk dəfə 1989-cu ildə valideynlərimdən xəbərsiz futbol məşğələlərinə yazılmışam. Həmin dövrdə "Avrora" (indiki Qara Qarayev –red.) metrosunun yaxınlığında bir stadion var idi. Maraqlıdır ki, ilk məşqdən sonra məşqçimiz, rəhmətlik Hüseyn İsmayılov dedi ki, sabah doğum haqqında şəhadətnaməni gətirərsən. Futbolla məşğul olduğum müddətdə üç dəfə ayrı-ayrı vaxtlarda ilk məşqdən sonra doğum haqqında şəhadətnaməmi istəyiblər. Beləcə, "Trudovıye Rezervı-2" kimi tanınan Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin nəzdində futbolun sirrlərini öyrənməyə başlamışam. İlk komanda yoldaşlarımdan biri də vaxtilə millinin şərəfini qorumuş Fərrux İsmayılov olub. Fərruxla futbola eyni vaxtda gəlmişdik və bu günə kimi də dostluğumuz davam edir. O vaxt uşaqlar arasında Bakı birinciliyi keçirilirdi. 1977-ci il təvəllüdlülərin komandasında idim. Amma elə olurdu ki, bir gündə iki yaş qrupunda oynayırdım. Çünki məni başqa adla 1978-ci ildə doğulanların komandasına da dəvət edirdilər. Düzdür, o vaxt "lipa”nın nə olduğunu bilmirdim və sonradan keçmişə boylananda görürəm ki, həqiqətən "lipa” kimi oynamışam. Bir mövsüm oynadıqdan sonra 1990-cı il 20 yanvar hadisələri yaşandı və futbol da bir çox şey kimi ikinci plana keçdi. Ölkədə fövqəladə vəziyyət elan olunmuşdu və məşqə gedib-gəlməyimizdə problemlər yarandı. Mən də çoxu kimi futboldan kənar düşdüm. 1992-ci ilin əvvəllərində yenidən Hüseyn müəllimin yanına getdim. Həmin vaxt mənim yaş qrupumda oynayan komanda yox idi. Yalnız aşağı yaş qrupları yarışırdı. Məni indi "İnter Arena" kimi tanınan "Termist" stadionuna, Valeri Hacıyevin yanına göndərdi. "Sabah doğum haqqında şəhadətnaməni gətir” sözünü ikinci dəfə Valeri Hacıyevdən eşitdim. 1993-cü ilin yazına kimi əsası U-16 yığma üzvlərindən ibarət olan komandada oynadım. Üzləşdiyim haqsızlıqlara görə futbolu atmaq qərarına gəldim.
- Yəni, sənə Valeri Hacıyev mane oldu?
- Bu gün Fərrux İsmayılov, Zaur Ramazanov və digərlərinə baxırsan, onlara peşəkar futbolçu kimi yanaşır, hörmət qoyurlar. İlqar Tağıyev isə fəxri adı belə olmayan sıravi jurnalistdir. Yəni, bu gün mən futbolçu İlqar Tağıyevlə də həmsöhbət ola bilərdim.
- Bu gün reallığa baxsaq, bir tərəfdə 300-400 manat məvacib alan, məcbur olub başqa işlər də görən İlqar Tağıyev, digər tərəfdə isə yaxşı qazanc əldə edə biləcək futbolçu İlqar Tağıyev. Ən pis halda məşqçi kimi çalışa bilərdin.
- Arada futbola qayıtmağa cəhd göstərdim, Premyer Liqa klublarından biri ilə razılaşmışdım da. Amma seçim qarşısında qaldım. Ya qəzetdə işimi davam etdirməliyəm, ya da futbol oynamalıyam. Mən də qəzeti seçdim. «525»dəki işimdən razı idim və gələcəyim üçün daha böyük prespetiv görürdüm. Maliyyə tərəfini götürsək, bu gün daha yaxşı şəraitdə yaşaya bilərdim. Amma hər şey bununla ölçülmür. Bu günümə şükür edirəm. Məşqçi olsaydım, bu gün işsiz qala bilərdim. Amma jurnalist kimi heç vaxt işsiz qalmaram. Həm də, jurnalist kimi bu gün sözüm daha keçərlidir.
«Qəzetin çapını dayandırmağı özümə sığışdırmıram»
- Necə oldu bəs jurnalistikaya gəldin?
- Qəzetdə ilk imzan çıxanda hansı hisslər keçirdin?
- Bu günlərdə 5 yaşını qeyd edən "Het-trik news” qəzetinin yaranmasından danışaq. İdeya haradan yarandı?
- İdman jurnalistikasının durumu göz qabağındadır. Qəzet satışı isə çox aşağı səviyyədədir. Belə durumda "Het-trik news” özünü necə maliyələşdirir?
- Qəzet fəaliyyətə başladığı 3-4 ay ərzində yalnız öz gücümə çap olunub. Jurnalistikadan kənar işlərim var idi və gəlirimlə qəzeti çap etdirirdim. Sonradan bəzi klublarla reklam müqaviləsi imzalandı. Tam olmasa da, reklamların sayəsində xərclərin bir hissəsini qarşılamaq mümkün oldu. Qəzet satışından da müəyyən pul gəlirdi. Amma bu gün həmin gəlir xırda bir xərci belə qarşılamır. Sırf buna görə qəzetin son bir neçə sayını heç də bütün yayım firmalarına verməmişəm. Çünki şərtləri ağırdır, sərf eləmir. Yalnız müəyyən abunəçilərimizə göndərmişik. Qəzetin səhifələrinin sayı da, dövrülüyü də aşağı düşüb. Mən də oxucuya bu formada qəzeti təqdim etməyə utanıram. Qəzetin çapını dayandırmağı da özümə sığışdırmıram. Gizlətməyəcəm, "Het-trik news” bəlkə də yeganə qəzetdir ki, heç vaxt özünün ofisi olmayıb. Yarandığı gündən "525-ci qəzet"in redaksiyasına sığınıb. Bunu gizlətmirəm. Bu dəstəyə görə də Rəşad Məcidə təşəkkür edirəm. Heç bir həmkarım məndən inciməsin, amma "Het-trik news”un yazıları bəlkə də ən çox oxunan yazılardır. Çünki idman mediasındakı demək olar ki, bütün saytlar mənə inanıb, tribuna ayırır. Qəzetdə gedən yazılar saytlar vasitəsilə də minlərlə oxuyucuya çatdırılır. İsveçdə yaşayan Valeh Qafarovla müsahibəmi təkcə Azərbaycanda 50 mindən insan oxumuşdu. Hətta həmin yazı rus və isveç dillərinə də tərcümə olunmuşdu.
- Yazılarını oxuyuram, sosial şəbəkədəki paylaşımlarına baxıram. Açıq deyim ki, mənim tanıdığım İlqar Tağıyev çox məqamda öz sözünü demir, mövqeyini ortaya qoymur. Bu keçmişdə futbolçu olan, yaxşı münasibətlər quran İlqar Tağıyevin kiminsə xətrinə dəyməmək siyasətidir? Yəni, son vaxtlar bir jurnalist kimi sənin tənqidi yazılarına rast gəlmirəm.
- Bunun qalmaqalla bir əlaqəsi yoxdur. Mövqeyini ortaya qoymursan..
- Media Komitəsi ilə bağlı problemlər idi?
- Açıq danışaq ki, MK-da sənin problemin yaranmışdı. Bunu gizlətmək lazım deyil.
- AFFA yanında Media Komitəsi və sən də bu komitənin İdarə Heyətində təmsil olunanlardan birisən. İlk təəssürat o olur ki, İlqar Tağıyev də AFFA-nın adamlarındandı. Bu ittiahmların olacağını bilə-bilə Media Komitəsinə namizədliyini irəli sürdün. Təxminən iki illik bir dövrdə belə hallarla rastlaşdın?
- Media Komitəsindən küskünlüyünün, soyuqluğun olduğu da ortaya çıxmışdı. Bu da milli komandanın Norveç səfəri ərəfəsində yaşandı. Söhbət həmin vaxt AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və MK-nın İdarə Heyətinin sədri Mahir Rüstəmli ilə aranda yaranan narazılıqdan gedir. Konkret olaraq deyildi ki, İlqar Tağıyev səfər davası edir.
- Sənə elə gəlmir ki, bu söz-söhbərlər MK daxilində yaranır? Elçin Cəlilov istefa verdi və dedi ki, öhdəliklər yerinə yetirilmir. Bu gün saytlar da MK-nə sanki "Layihələr Komitəsi” kimi yanaşır. Konkret gəlir mənbəyi. Bütün bunlar MK-də sizin işinizin aşağı səviyyədə olması deyil?
- Belə çıxır ki, AFFA Media Komitəsini ikinci plana atıb, ya bu Komitədə təmsil olunanlarla bağlıdır?
- Bu suala cavab vermək çətindir. Hərdən düşünürəm ki, AFFA Media Komitəsini yaradıbsa, deməli, lazımlı komitədir. Amma tam dəstək də görmürük. Media Komitəsin səlahiyyətləri dar çərçivədədir. Bundan başqa, idman mediasının bir neçə yerə parçalanması da, MK-nin işinə mane olan amillərdəndir. İdman mediasında birlik yoxdur. Nə qədər ki, bu birlik yoxdur, inkişafdan da danışmaq olmaz. Açıq etiraf edək ki, Media Komitəsi yarandıqdan sonra idman mediasında canlanma müşahidə olunub. Araşdırma yazılarının sayı artıb, "yolaverdi” yazılar azalıb.
- Yəni, sanki orta məktəbdir. Müəllim ev tapşırığı verir, onun müqabilində qiymətləndirir. Mən Media Komitəsinin işini danmıram, kölgə salmaq istəmirəm. Açıq soruşum ki, bu dediklərindən sonra MK İdarə Heyətində təmsil olunan həmkarlarının sənə qarşı bir "cəbhə” almasından çəkinmirsən?
- Bəs, belə düşünürsənsə MK-da niyə qalmısan?
- Elçin Cəlilov istefa verdi, buna MK heç bir reaksiya vermədi. Sanki elə belə olmalı imiş. Bu gün sən də AFFA-nın verdiyi vədləri yerinə yetirməməsindən danışırsan. MK sədr və İdarə Heyəti səviyyəsində niyə buna reaksiya vermir, etirazını bildirmir?
- Komitədaxili söhbətləri danışmağım etikadan kənardır. Vəd yox, gözləntilər çox idi. Bunun da qarşılığını görməyəndə insan həvəsdən düşür. Bu, o demək deyil ki, AFFA MK-nə diqqət ayırmır. Əgər müəyyən məbləğ ayrılırsa, jurnalistlərin səfərə aparılması məsələsi təşkil olunursa, demək ki, az da olsa diqqət var.
-Bu gün öz sözünü deyənlərdən birisən. İlqar Tağıyevi ağsaqqal idman jurnalisti hesab etmək olar?
- Üzdə tükün ağarması ağsaqqal olmaq deyil. Bu gün Məzahir Sülymanzadəyə də ağsaqqal desinlər, İlqar Tağıyevə də. Bu, gülməli görünər. Təcrübəli deyə bilərlər, amma ağsaqqal yox. Hələ öyrənəcəyim çox şey var. Qəzetin hər nömrəsini nəşr etdirəndə nəsə öyrənirəm.
-Bu gün hər iki övladın futbolla məşğuldur, hətta onlardan biri milli komandaya da dəvət alıb. Əslində bayaq dediklərinlə bu durum bir-birinə sanki ziddir. Bir valideyn olaraq onların dərsə davamiyyətinə nə qədər önəm verdiyini bilirəm. Digər tərəfdən isə futbol varsa, dərs ikinci plana düşür. Öz həyatını övladlarına yaşatmırsan ki?
- Məhəmməd və Əli hazırda "Keşlə”nin aşağı yaş qrupunda oynayırlar. Bir müddət də icarə əsasında "Qarabağ”da top qovdular. Həmin vaxt Ağdam klubundan onlara təklif də gəlmişdi. Hal-hazırda "Keşlə” və "Qarabağ” arasında həm imic, həm də səviyyə fərqi müşahidə olunur. İnkişafdan danışırıqsa, niyə bu keçidə razılıq vermədin?
- Bugün övladlarının əsas heyətdə oynamasını, milliyə dəvət almasını atalarının futbol ictimaiyyətinin içərisində olması ilə əlaqələndirmirlər ki?
- Sonra da yenə atalarının hesabına milli komanda səviyyəsinə qədər gəlib çıxacaqlar...
- İlqar, bir az əvvəl sadiqlikdən, ənənələrdən danışdın. Belə çıxır ki, idman mediası İlqar Tağıyevi AFFA yanında Media Komitəsində hələ çox görəcək?




