Lukaku millinin tarixinə düşdü

18:40 15 Noyabr 2017

Belçika millisi yoldaşlıq oyununda Yaponiyaya 1:0 hesabıyla qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan Romelu Lukaku Belçika millisinin tarixinə keçib.  24 yaşlı hücumçu, Bernard Vorhof və Pol Van Himsti geridə qoyaraq, yığmasının tarixi ərzində ən məhsuldar oyunçu olub. O, 31 qolu 65 oyunda vurub.

 

“Mançester Yunayted”in şərəfini qoruyan forvard 2010-cu ildən etibarən Belçika millisinə dəvət alır.


Digər xəbərlər

Xəbər xətti