DÇ-2018-in bütün səbətləri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, mundiala vəsiqə qazana 32 komanda 4 səbətə bölünüb.
Birinci səbət: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa
İkinci səbət: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay, Xorvatiya
Üçüncü səbət: Danimarka, İslandiya, Kosta Rika, İsveç, Tunis, Misir, Seneqal, İran
Dördüncü səbət: Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Koreya, Səudiyyə Ərəbistanı
Qeyd edək ki, DÇ-2018-in final mərhələsinin püşkü dekabrın 1-i Moskvada - Kreml sarayında atılacaq.