Rusiyadan pis göstərici - Belə ev sahibi olmamışdı

12:51 16 Noyabr 2017

DÇ-2018-də iştirak edəcək bütün komandalar bəlli olub.

 

Sportarena.az xəbər verir ki, 32 iştirakçı arasında FİFA reytinqində ən aşağı göstərici meydan sahibi Rusiyadı. Rusiya reytinqdə 65-ci pillədə qərarlaşıb. Buna baxmayaraq, mundialın final mərhələsinin püşkatması zamanı Rusiya meydan sahibi kimi birinci səbətdə yer alacaq. Reytinq siyahısına Almaniya yığması başçılıq edir.

 

DÇ-2018-in final mərhələsinin püşkatma mərasimi dekabrın 1-də keçiriləcək.


Xəbər xətti