“Bavariya” qışda hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, Münhen təmsilçisi “Arsenal”ın və Fransa millisinin hücumçusu Olivye Jiruya göz dikib. Bu barədə məlumatı Almaniya mətbuatı yayıb. Bundesliqanın son çempionu 31 yaşlı forvardı qışda heyətinə cəlb etmək istəyir.
6 ildi “Arsenal”da çıxış edən Jiru, cari mövsümdə şans qazandığı 10 oyunda cəmi 1 qol vurub. Hücumçu Fransa millisinin də üzvüdü.